Accounting

Hüquq xidməti

Müqavilə hüququ üzrə xidmətlər

Müqavilə hüququ üzrə xidmətlər

- Alqı-satqı, mal göndərmə, podrat, tapşırıq, daşıma, brokerlik, borc, icarə, əmlak kirayəsi, saxlama, komissiya, mövcud borcun etirafı haqqında, ticarət nümayəndəsi haqqında, lizinq, beynəlxalq ticarət, İNCOTERMS beynəlxalq daşıma şərtlərini ehtiva edən müqavilələrin və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olan başqa növ ikitərəfli və ya çoxtərəfli müqavilələrin tərtib edilməsi;

- Müştərilər üçün tərtib edilmiş müqavilələri üzrə hüquqi rəyin verilməsi və məsləhət xidmətlərin göstərilməsi;

- Müqavilələrin bağlanması, müqavilə şərtlərinin dəyişməsi, müqavilələrə əlavələrin edilməsi, müqavilələrin icrasına möhlət verilməsi, müqavilələrin ləğv edilməsi ilə bağlı müzakirələrdə müştərinin qanuni maraqların təmsil edilməsi;

- Barışıq razılaşmasının tərtib edilməsi, barışıq razılaşması üzrə hüquqi rəyin verilməsi və məsləhət xidmətlərin göstərilməsi, barışıq razılaşmasına yönəlmiş müzakirələrdə iştirak etməsi;

- Qüvvəyə minmiş müqavilələrə dəyişiklərin edilməsi və əlavələrin tərtib edilməsi.

Əqli mülkiyyət hüququ üzrə xidmətlər

- Əmtəə nişanı, patent, müəlliflik hüququn və s. dövlət qeydiyyatına alınmasında hüquqi dəstək göstərilməsi;

- Məsləhət xidmətləri.

Korporativ hüququ üzrə xidmətlər

- Yerli və xarici investisiyalı hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasında hüquqi dəstək göstərilməsi;

- Hüquqi şəxslərin yenidən təşkili ilə bağlı hüquqi dəstək göstərilməsi;

- Xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəlik və filiallarının dövlət qeydiyyatına alınmasında hüquqi dəstək göstərilməsi;

- Hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatlarında dəyişikliyin edilməsində (ad, hüquqi ünvan, təsisçi dəyişikliyi və s.) hüquqi dəstək göstərilməsi;

- Korporativ hüququ üzrə məsləhət xidmətl

Vergi və maliyyə hüququ üzrə xidmətlər

- Azərbaycan Respublikasının rezidenti olan hüquqi şəxslərə rezidentlik sertifikatının alınmasında hüquqi dəstək göstərilməsi (DTA-01);

- Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasında hüquqi dəstək göstərilməsi (DTA-02);

- Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsində hüquqi dəstək göstərilməsi (DTA-03);

- Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsində hüquqi dəstək göstərilməsi (DTA-04);

- Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılmasında hüquqi dəstək göstərilməsi (DTA-05);

- Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrlə bağlı azadolmalarla və güzəştlərlə bağlı məsləhət xidmətlərin göstərilməsi və müvafiq sənədlərin təhlili;

- Vergi və maliyyə qanunvericiliyi üzrə məsləhət xidmətlərin göstərilməsi;

- Vergi orqanları tərəfindən qəbul edilmiş qərarların mübahisələndirilməsində hüquqi dəstək göstərilməsi.