1.Kadr kargüzarlığı üzrə xidmətlərə daxildir:
1.Kadr kargüzarlığı üzrə xidmətlərə daxildir:
- Kadr uçotunun AR qanunvericiliyə uyğun təşkili;
- İcbarı Sığorta əməliyyatların icrası;
- Əməkdaşların şəxsi işlərinin yaradılması;
- Xəstəlik vərəqəsinin, Sosial və Əmək məzuniyyətinin rəsmiləşdirilməsi (Əmr və digər sənədlərin yazılması);
- İşçilərin əmək kitabçalarının yazılması;
- Əmək müqavilələrinin tərtibatı;
- Əmək müqavilələrinə əlavə sazişlərin və vəzifə təlimatlarının işlənib hazırlanması və
tərtib edilməsi; - Lokal normativ aktların: daxili əmək intizamı qaydalarının, fərdi məlumatların
qorunması haqqında əsasnamənin və əməyin mühafizəsi haqqında əsasnamənin və s. işlənib
hazırlanması; - Ştat cədvəlinin və məzuniyyətlər qrafikinin tərtib edilməsi;
- Şəxsi heyət üzrə əmrlərin tərtib edilməsi (işə qəbul, başqa işə keçirilmə, məzuniyyət və
işdən çıxarılma); - İşçilərin EHP (elektron hökümət portalında) rəsmi qeydiyyata alınması;
- Əmək kitabçalarının tərtib edilməsi və doldurulması.
Bu xidmət sahəmiz yeni yaradılmış şirkətlər və ya yeni filiallar açan şirkətlər, və yaxud ümumiyyətlə kadr kargüzarlığı aparılmayan şirkətlər üçün aktualdır.
2. İnsan resurslarının idarə edilməsi üzrə şablon sənəd hazırlamaq xidməti “Vip Consulting” MMC olaraq fiziki və hüquqi şəxslərə insan resurslarının idarə edilməsi üzrə ehtiyyac duyulan istənilən qaydanın və sənəd şablonlarının peşəkar və təcrübəli mütəxəssislər tərəfindən hazırlanmasını və təhvil verilməsi xidmətini təşkil edirik.
3. Outsourcing xidməti “Vip Consulting” MMC tərəfindən fiziki və hüquqi şəxslərə biznes proseslərinin idarə edilməsində və xərclərə qənaət etməklə peşəkar mütəxəssislərdən ibarət komandamızla OUTSORCİNG xidməti formasında kadr kargüzarlığının həyata keçirilməsi xidmətini təklif edirik.
4. Kadr sənədləşdirilməsinin “VİP COnsulting” MMC tərəfindən fərdi sahibkarlar və hüquqi şəxslərə “Kadr sənədləşməsinin auditi” xidmətini təklif edirik. Biznesdə maliyyə və hüquqi risklərin müəyyən edilməsi, onların qarşısının alınması və risklərin minimum endirilməsi üçün peşəkar mütəxəssislərdən ibarət komanda ilə biznes subyektinin auditi həyata keçirilir. Kadr auditinin nəticələri əsasında yaranan informasiya təşkilatın və müəssisənin fəaliyyətində kadrların idarəedilməsi sistemində mövcud olan nöqsanları operativ sürətdə aşkar etməyə və təshih edilməsi yollarını müəyyənləşdirməyə imkan verir.
5. Migrasiya xidməti:
- Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması); - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul
olmaları üçün iş icazələrin verilməsi; - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində
daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması)