Haqqımızda

VİP Consulting şirkəti

VİP Consulting şirkəti Sizə aşağıdaki xidmətləri təklif edir:
- Audit xidmətləri (məcburi və ya könüllü)
- Mühasibat uçotunun qurulması və idarə olunmasi
- Vergi,DSMF və Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Maliyyə hesabatlarının hazırlanması
- insan Resurslarının idarə olunmasi
- Hüquqi dəstək

2022-ci ildə əsası qoyulmuş VİP Consulting MMC, Azərbaycanın audit, mühasibat, vergi uçotu, maliyyə, hüquq və idarəetmə məsləhətləri sahəsində xidmət göstərən aparıcı şirkətlərindən biridir. VİP Conslting MMC milli bazar üçün nadir olan kadrlar, texnologiya və təcrübəyə malikdir və bu xüsusiyyətlər onu Azərbaycanda audit və konsaltinq sahəsində liderlər siyahısına daxil etmişdir. Audit, vergi uçotu və vergitutma, konsaltinq xidmətləri sahəsində yüksək naliyyətlərə müvəffəq olmağın əsas yolu ilk növbədə ən çətin məsələləri həll etməyi bacaran yüksək peşəkar mütəxəssislərin bir komanda şəklində fəaliyyəti sayəsində baş tutması təkzib olunmaz bir faktdır.

Əməkdaşlarımızın yüksək peşəkarlığı, geniş sahə təcrübəsi və mükəmməl üsullardan istifadəsi işlərin effektivliyinə əhəmiyyətli dərəcədə kömək edir və əmək sərfiyyatını azaldır. Bütün bunlar xidmətlərin yüksək keyfiyyətlə və münasib qiymətlə təqdim edilməsini təmin edir. VİP Consulting MMC, effektiv və qarşılıqlı faydalı əməkdaşlıq üçün bütün xüsusiyyətlərə malikdir və aşağıdakı üstünlüklərə və güclü tərəflərə sahibdir:

- Audit və konsaltinq sahəsində uzunmüddətli təcrübəsi olan yüksək kvalifikasiyalı və səriştəli heyət;

- Müştərinin xidmətləndirilməsində kompleks şəklində yanaşma, daha dəqiq desək həm vergitutma, həm də digər sahələrdə səriştəsi olan auditorların, maliyyə analitiklərinin, biznes-konsultantlarının, hüquqşunasların birgə çalışması;

- Sifarişçinin ehtiyaclarının detallı öyrənilməsi, müştəriyə lazım olan xidmət həcminin müəyyənləşdirilməsi və buna uyğun münasib qiymətin təyin edilməsi  nəticəsində yaranan yüksək rəqabət aparma bacarığı;

- Reytinqlərlə müəyyənləşdirilmiş qərəzsiz etibar və nüfuz. Bizim haqqımızda oxuyun, xidmətlərimiz haqqında daha çox məlumat əldə edin.  Zəng edin, yazın, ziyarət edin. Hər zaman köhnə dostlarla iş birliyinə hazırıq və yeniləri ilə tanış olmaqdan məmnun qalacağıq.

 

Təsisçi

Samir Axundov

Direktor

Anar Məmmədov