Accounting

Mühasibat xidmətləri və Maliyyə hesabatları

VİP Consulting müxtəlif iqtisadi fəaliyyət sahələrində müxtəlif ölçülü və mürəkkəbliyi olan yerli və beynəlxalq şirkətlərə Mühasibat xidmətləri və Maliyyə hesabatları xidmətlərinin göstərilməsi sahəsində geniş təcrübə və dərin biliklərə malikdir.

VİP Consulting müxtəlif iqtisadi fəaliyyət sahələrində müxtəlif ölçülü və mürəkkəbliyi olan yerli və beynəlxalq şirkətlərə Mühasibat xidmətləri və Maliyyə hesabatları xidmətlərinin göstərilməsi sahəsində geniş təcrübə və dərin biliklərə malikdir. Biz, şirkətin gündəlik və maliyyə dövründəki bütün əməliyyatlarının mühasibat və vergi uçotu tələblərinə uyğunluğunu təmin edən və qarşılıqlı-praktiki və dəstəkləyici həlləri özündə birləşdirən bütün mühasibat xidmətlərini təklif edirik.

Bizim mütəxəssislər sizin xüsusi təşkilati tələblərinizi anlamağa qadirdilər və rəhbərliyin birbaşa nəzarəti altında işləyirlər. Bizim tərəfimizdən təmin edilən xidmət növləri aşağıdakılardır:

  • Gündəlik əməliyyatların (invoysların, elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturaların, ödəniş tapşırıqlarının hazırlanması) həyata keçirilməsi;
  • 1 C proqram təminatında əməliyyatların, gəlir və xərclərin qeydiyyatının aparılması;
  • Əməliyyatların təhlil edilməsi, riskli əməliyyatlarla bağlı vaxtında məlumatın verilməsi;
  • Maliyyə hesabatlarının hazırlanması;
  • Vergi, məcburi dövlət sosial sığorta, statistika və məşğulluq hesabatlarının hazırlanması;
  • Mühasibatlıq xidmətləri və Maliyyə hesabatları, vergi qanunvericiliyi və maliyyə sahəsində məsləhətlərin verilməsi.

Göstərdiyimiz xidmətlərin peşəkarlığı dövlət orqanları tərəfindən həyata keçirilən yoxlama tədbirləri zamanı əlavə maliyyə itkilərinə məruz qalmamağınınız təminatıdır.