Yeni tədris ilindən universitetə sənəd qəbulu tam rəqəmsallaşacaq.



Agentliyimiz Elm və Təhsil Nazirliyinin universitetə sənəd qəbulu prosesini rəqəmsallaşdırmasına dəstək göstərib.

Belə ki, bu tədris ilindən AzTU-ya qəbul olanlardan sənədlər tam rəqəmsallaşdırılmış formada tələb olunacaq. Xidmət Elm və Təhsil Nazirliyinin portal.edu.az platforması üzərindən baş tutacaq.

Qeyd edək ki, prosesinin rəqəmsallaşması zamanı müvafiq altsistemlərə inteqrasiya və məlumatların ötürülməsi “digital.bridge” üzərindən həyata keçirilib. Bu addımın məqsədi “Kağızsız hökumət”ə keçidin sürətlənməsi, rəqəmsallaşmanın imkanlarından istifadə etməklə vətəndaşlar üçün əməliyyatların sadələşdirilməsidir.