Kadr kargüzarlığı xidməti insan resurslarının idarə olunmasında ən vacib addımlardan biridir. Biz Vip Consulting olaraq kadr uçotunun qanunvericiliyə uyğun, dəqiq və şəffaf aparılmasını təmin edirik.
Kargüzarlıq xidməti isə bütün əmək müqavilələrinin, əmrlərin, ştat cədvəllərinin və digər sənədlərin peşəkar şəkildə hazırlanmasını əhatə edir. Xidmətlərimiz şirkətlərə vaxtına qənaət, risklərin azaldılması və idarəçilikdə rahatlıq qazandırır.
Kadr kargüzarlığı xidmətinə daxildir
- Kadr uçotunun AR qanunvericiliyinə uyğun təşkili
- Əmək müqavilələrinin və əmək kitabçalarının hazırlanması
- Əməkdaşların şəxsi işlərinin yaradılması
- Sosial və əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi
- Əlavə sazişlərin, vəzifə təlimatlarının və normativ aktların hazırlanması
- Ştat cədvəli və məzuniyyət qrafiklərinin tərtib olunması
- İşçilərin EHP portalında qeydiyyata alınması
Kargüzarlıq xidməti və sənədləşmə dəstəyi
Kargüzarlıq xidməti çərçivəsində biz bütün daxili sənədlərin – daxili intizam qaydaları, əmək mühafizəsi əsasnamələri, fərdi məlumatların qorunması haqqında sənədlərin hazırlanmasını təmin edirik.
Kadr audit xidməti
Kadr kargüzarlığı xidməti yalnız gündəlik sənədləşmə ilə məhdudlaşmır. Biz həm də audit xidməti təklif edirik. Audit nəticəsində mövcud risklər aşkar olunur və onların aradan qaldırılması üçün peşəkar həllər təqdim edilir.
Miqrasiya xidməti
Miqrasiya xidməti ilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş və yaşayış icazələrinin alınması və rəsmiləşdirilməsi peşəkar şəkildə həyata keçirilir.